Geri Ödəniş Siyasəti

Son Yenilənmə: 24.07.2025

Geri Ödəniş Siyasəti

 

 

 

Strokt olaraq istifadəçilərimizə təqdim etdiyimiz xidmətlərin keyfiyyəti bizim üçün vacibdir. Bununla yanaşı, rəqəmsal məhsulların xüsusiyyətlərini nəzərə alaraq, şirkətin davamlılığını qorumaq və sui-istifadə hallarının qarşısını almaq məqsədilə aşağıdakı Geri Ödəniş Siyasəti qüvvədədir.

 

Saytımızdan istifadə edən hər bir müştəri bu şərtləri qəbul etmiş sayılır.

 1. Çatdırılma Müddətləri və Geri Ödəniş Hüququ

1.1. Standart Çatdırılma: Sifarişlər WhatsApp üzərindən rəsmiləşdirildikdən və ödəniş təsdiqləndikdən sonra adətən 6 saat ərzində, nadir hallarda isə (aşağıda göstərilən texniki səbəblərdən) ən geci 24 saat ərzində təqdim edilir.

 

1.2. Texniki Xətalar və Gecikmələr: Qlobal server problemləri, provayder xətaları və ya sıxlıq yarandığı hallarda çatdırılma müddəti 24 saata qədər uzana bilər. Bu müddət ərzində istifadəçi WhatsApp üzərindən sifarişinin statusu barədə məlumat ala bilər.

 

1.3. Geri Ödəniş Şərti: 24 saatlıq texniki gözləmə müddəti bitmədən geri ödəniş tələbi qəbul edilmir. Bu müddət keçdikdən sonra, əgər problem Strokt tərəfindən qaynaqlanırsa və həlli mümkün deyilsə, geri ödəniş müzakirə olunur və 5 iş günü ərzində nəticələndirilir.

2. Ödəniş Qəbzi və Təsdiqləmə

2.1. Saytda birbaşa ödəniş sistemi olmadığı üçün bütün ödənişlər bank kartına edilir. İstifadəçi ödənişi təsdiqləmək üçün qəbzin fotosunu və ya bank tranzaksiya nömrəsini WhatsApp vasitəsilə göndərməlidir.

2.2. İstifadəçi ödəniş sübutunu təqdim etmədiyi təqdirdə sifariş icra olunmur və geri ödəniş tələbi qəbul edilmir.

2.3.Göndərilən qəbz oxunmazdırsa, saxta olduğu aydın şəkildə müəyyən edilirsə və ya köhnə tarixə aiddirsə, Strokt istifadəçidən əlavə təsdiq (məsələn, bank çıxarışı) tələb edə bilər. Bu tələb qarşılanmadıqda, xidmət dayandırılır.

3. Yanlış Məlumatlar və İstifadəçi Məsuliyyəti

3.1. Rəqəmsal məhsulların (oyun valyutaları, kodlar, lisenziyalar) xarakteri geri qaytarılmağa uyğun deyil. Bu səbəbdən:

– İstifadəçi yanlış ID, səhv server və ya yanlış bölgə məlumatı daxil edərsə, geri ödəniş edilmir.

– Artıq yüklənmiş və ya göndərilmiş kodlar/valyutalar geri alına bilməz.

3.2. İstifadəçi ödəniş etdikdən sonra fikrini dəyişərsə və ya “səhvən aldım” iddiası irəli sürərsə, geri ödəniş həyata keçirilmir — bu şərt yalnız məhsul artıq göndərildikdən sonra tətbiq olunur.

3.3. İstifadəçinin cihazı, internet bağlantısı və ya oyun hesabı ilə bağlı şəxsi problemlərinə görə xidmətin işləməməsi Strokt-un məsuliyyətində deyil.

 4. Üçüncü Tərəf Xidmət Təminatçıları

4.1. Strokt tərəfindən təqdim olunan bəzi xidmətlər (məsələn, Netflix, Spotify, Canva, oyun serverləri və s.) üçüncü tərəf şirkətlərin qaydalarına tabedir.

4.2. Əgər həmin platformalar öz siyasətlərini dəyişərsə, qlobal yeniləmə edərsə və ya istifadəçi həmin platformanın öz qaydalarını pozduğuna görə hesabı məhdudlaşdırılarsa, Strokt buna görə məsuliyyət daşımır və geri ödəniş etmir.

 5. Alternativ Təklif və Mübahisələrin Həlli

5.1. Əgər sifariş edilən məhsul stokda yoxdursa və ya texniki səbəbdən təmin edilə bilmirsə, Strokt istifadəçiyə eyni dəyərdə alternativ məhsul və ya geri ödəniş təklif edir.

5.2.Mübahisəli hallarda ilkin qərar Strokt tərəfindən verilir. İstifadəçi qərarla razılaşmadıqda, məsələni WhatsApp üzərindən əlavə dəlillərlə (ekran görüntüləri, yazışmalar) yenidən nəzərdən keçirilməsi üçün müraciət edə bilər.

5.3. Hədə-qorxu, təhqir və ya kobud dil istifadə edən müştərilərə xidmət göstərilməsi dayandırıla bilər. Belə hallarda, əgər sifariş hələ icra olunmayıbsa, ödəniş tam geri qaytarılır; əgər sifariş artıq icra olunubsa, standart geri ödəniş şərtləri (bax: bölmə 3) tətbiq edilir.

Strokt bu siyasəti əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmək hüququnu özündə saxlayır. Dəyişikliklər bu səhifədə dərc olunduğu andan qüvvəyə minir.