Məxfilik Siyasəti
Məxfilik Siyasəti
Bu Məxfilik Siyasəti Strokt platformasına (bundan sonra “biz”, “Strokt” və ya “platforma” adlandırılacaq) daxil olan və qeydiyyatdan keçən istifadəçilərin məlumatlarının necə toplanması, saxlanması və istifadə olunması barədə sizi məlumatlandırmaq məqsədi ilə hazırlanmışdır.
1. Toplanılan Məlumatlar
Strokt aşağıdakı şəxsi məlumatları toplayır:
E-poçt ünvanı (qeydiyyat zamanı mütləq tələb olunur)
İstifadəçi adı və şifrə (qeydiyyat zamanı yaradılır)
IP ünvanı
2. Məlumatların İstifadə Məqsədi
Toplanılan məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:
Xüsusi kampaniyalar və təkliflər barədə e-poçt bildirişləri göndərmək
Sifarişlərin icrası və xidmətin operativ çatdırılması üçün WhatsApp vasitəsilə əlaqə qurmaq
Saytın funksionallığını artırmaq və istifadəçi təcrübəsini təhlil etmək
Sistem təhlükəsizliyi və saxtakarlığın qarşısını almaq
3. Çərəzlər və Analitik Alətlər
Strokt vebsaytı istifadəçi təcrübəsini təkmilləşdirmək üçün “cookies” (çərəzlər) istifadə edir.
Bundan əlavə, sayt Google Analytics kimi analitik alətlərdən istifadə edir. Bu alətlər vasitəsilə istifadəçi davranışları anonim şəkildə izlənir və xidmətin keyfiyyətinin artırılmasına yönəldilir.
4. Məlumatların Saxlanması Yeri
İstifadəçi məlumatları Türkiyədə yerləşən etibarlı və qorunan serverlərdə saxlanılır. Sadə Ecosystem-in qoşulması ilə birlikdə, məlumatların bir hissəsi Sadə sistemlərinin təhlükəsiz infrastrukturunda saxlanıla bilər.
5. Məlumatların Silinməsi və Dəyişdirilməsi
Məlumatların dəyişdirilməsi: İstifadəçilər öz şəxsi məlumatlarını (istifadəçi adı, e-poçt, şifrə və s.) birbaşa “Hesab Ayarları” bölməsindən dəyişə bilərlər. Bunun üçün Strokt dəstək xidməti ilə əlaqə saxlamağa ehtiyac yoxdur.
Məlumatların silinməsi: Hesabın və bütün şəxsi məlumatların tam silinməsi üçün istifadəçi Strokt müştəri dəstəyi ilə WhatsApp və ya e-poçt vasitəsilə əlaqə saxlamalıdır. Silinmə tələbləri ən qısa müddətdə və təhlükəsiz şəkildə icra olunur.
6. Məlumatların Saxlama Müddəti
İstifadəçi platformanı tərk etdikdən sonra məlumatları maksimum 1 il müddətində saxlanılır. Daha sonra məlumatlar avtomatik və təhlükəsiz şəkildə silinir.
7. Məlumatlara Kimlər Daxil Ola Bilər
Yalnız Strokt-un rəsmi müştəri dəstəyi və texniki komandası istifadəçi məlumatlarına daxil ola bilər. Məlumatların üçüncü şəxslərlə paylaşılması yalnız anonim formada və texniki təhlil, reklam məqsədilə mümkündür
8. Məlumatların Təhlükəsizliyi
Strokt istifadəçi məlumatlarının qorunması üçün aşağıdakı tədbirləri həyata keçirir:
SSL şifrələməsi ilə təhlükəsiz bağlantı
Hosting tərəfli əlavə təhlükəsizlik qatları
Avtomatik bloklama sistemi ilə saxta girişlərin qarşısının alınması
Sadə Ecosystem təhlükəsizlik standartlarına uyğun qoruma
9. Azyaşlıların Qorunması
Strokt yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün nəzərdə tutulub. Azyaşlıların qeydiyyatı yalnız valideyn icazəsi ilə mümkündür. Əks halda, aşkarlanan hesablar dərhal silinir
.
10. Avtomatik Bloklama Sistemi
Spam, bot və ya platformaya zərər verən hər hansı fəaliyyət müşahidə olunarsa, sistem avtomatik olaraq həmin hesabı bloklayır və girişləri məhdudlaşdırır.
11. Məlumat Siyasətində Dəyişikliklər
Strokt bu Məxfilik Siyasətini istənilən zaman yeniləmək hüququnu özündə saxlayır.
Dəyişikliklər saytın “Xəbərlər” bölməsində paylaşılacaq və istifadəçilərin diqqətinə çatdırılacaq.
12. Qəbul və Razılıq
Strokt platformasından istifadə etməklə siz bu Məxfilik Siyasətində göstərilən şərtlərlə tam razı olduğunuzu təsdiqləyirsiniz.
13. Əlaqə
Məxfilik siyasəti ilə bağlı hər hansı sual və ya müraciətiniz üçün bizimlə əlaqə saxlayın:
WhatsApp dəstək: +994 77 347 87 91
E-poçt: support@strokt.com
Panel Xidmətləri
Oyun Xidmətləri
Tətbiq lisenziyaları