İstifadə Şərtləri
Yeniləmə: 23.11.2025
Bu istifadə şərtləri Strokt platformasının (bundan sonra “Strokt” adlandırılacaq) istifadəsini tənzimləyir. Saytımıza daxil olaraq və ya qeydiyyatdan keçməklə bu şərtlərlə razı olduğunuzu təsdiqləmiş olursunuz. Əgər bu şərtlərlə razı deyilsinizsə, xahiş edirik, platformadan istifadə etməyin.
Bu şərtlər hüquqi baxımdan bağlayıcıdır. Strokt artıq Sadə Ecosystem-ə qoşulmuşdur və istifadəçilərə daha inkişaf etmiş, xətasız təcrübə və yeni imkanlar təqdim edir.
1. Ümumi Qaydalar
1.1. Strokt rəqəmsal xidmətlər və məhsullar təqdim edən onlayn platformadır.
1.2. Platformadan yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə bilər. 18 yaşdan kiçik şəxslər isə yalnız valideyn icazəsi ilə alış-veriş edə bilərlər.
1.3. Qeydiyyat üçün istifadəçinin yalnız e-poçt ünvanı tələb olunur.
1.4. Sifarişin tamamlanması və operativ əlaqə üçün aktiv WhatsApp nömrəsi mütləq tələb olunur.
2. Məhsullar və Sifariş Prosesi
2.1. Strokt oyun xidmətləri (UC, Elmas, Gems və s.), tətbiq lisenziyaları və sosial media panelləri təqdim edir.
2.2.Sifariş Prosesi:
İstifadəçi saytda istədiyi məhsulu seçir və "Satın al" düyməsinə klikləyir.
Sistem istifadəçini avtomatik olaraq rəsmi WhatsApp dəstək xəttinə yönləndirir.
Sifarişin rəsmiləşdirilməsi, ödəniş məlumatlarının əldə edilməsi və məhsulun təhvil verilməsi tamamilə WhatsApp üzərindən həyata keçirilir.
2.3. Bütün məhsullar yalnız Strokt komandası tərəfindən təqdim olunur.
3. Ödəniş və Təqdimat
3.1. Sayt daxilində heç bir ödəniş qəbul edilmir.Sayt yalnız kataloq funksiyasını daşıyır və sizi menecerlə əlaqələndirir.
3.2. Ödənişlər WhatsApp vasitəsilə təqdim olunan rəsmi bank kartına "Kartdan-karta" və ya terminal vasitəsilə həyata keçirilir.
3.3. Sifarişin təsdiqlənməsi üçün istifadəçi ödəniş etdikdən sonra qəbzi (çekin şəklini) WhatsApp vasitəsilə menecerə göndərməlidir.
3.4. Ödəniş təsdiqləndikdən sonra məhsul ən geci 24 saat ərzində (adətən daha tez) təqdim edilir.
4. Məxfilik və Məlumatların Toplanması
4.1. Strokt qeydiyyat zamanı istifadəçilərdən yalnız e-poçt ünvanı toplayır.
4.2. Müştəri Kodu (Customer ID): Hər bir istifadəçiyə sistem tərəfindən 6 rəqəmli xüsusi kod təyin edilir. * Bu kod istifadəçiyə özəldir və saytda hesabınızın mövcudluğunu təsdiqləyir. * WhatsApp-a yönləndirildiyiniz zaman menecer sizdən bu kodu istəyə bilər (təqdim etmək məcburi deyil/istəyə bağlıdır). * Bu kod vasitəsilə biz sizin saytda qeydiyyatdan keçmiş istifadəçi olduğunuzu və hesab statusunuzu yoxlayırıq.
4.3. Məlumatlar Sadə Ecosystem daxilində təhlükəsiz şəkildə saxlanılır və üçüncü tərəflərlə paylaşılmır.
4.4. Strokt şəxsi məlumatların qorunmasına tam zəmanət verir.
5. İstifadəçi Davranışları və Məsuliyyət
5.1. Strokt platformasından istifadə zamanı aşağıdakılara yol verilməməlidir:
Sistemə müdaxilə və ya hücum cəhdləri.
Saxta ödəniş qəbzlərinin göndərilməsi.
Təhqiredici davranış və ya yanlış məlumat təqdim edilməsi.
Başqa istifadəçilərin aldadılması.
5.2. Bu hallarda Strokt istifadəçinin hesabını dərhal bağlamaq və gələcək girişləri məhdudlaşdırmaq hüququna malikdir.
6. Hüquqi Məsuliyyət və Qoruma
6.1. Strokt yalnız öz təqdim etdiyi məhsul və xidmətlərə görə məsuliyyət daşıyır.
6.2.İstifadəçinin şəxsi cihazı, internet bağlantısı və bank tətbiqi ilə bağlı texniki problemlər Strokt-un məsuliyyətinə daxil deyil.
6.3. İstifadəçi WhatsApp üzərindən göndərdiyi qəbzin doğruluğuna və daxil etdiyi oyun/istifadəçi ID-lərinin düzgünlüyünə görə tam məsuliyyət daşıyır.
7. Geri Ödəniş və Alternativlər
7.1. Geri ödəniş siyasəti ayrıca səhifədə (Geri Ödəniş Siyasəti) dəqiqliklə izah olunur.
7.2. Məhsul təqdim edildikdən sonra yalnız qaydada göstərilən hallar üzrə geri ödəniş mümkün ola bilər.Yanlış ID və ya məlumat daxil edilməsi səbəbindən yaranan itkilərə görə geri ödəniş edilmir.
8. Şərtlərin Dəyişdirilməsi
8.1. Strokt bu istifadə şərtlərini istənilən vaxt dəyişə bilər.
8.2. Dəyişikliklər sayt üzərindən elan edilir və dəyişiklikdən sonra platformadan istifadə edən hər kəs yeni şərtlərlə razı sayılır
9. Əlaqə və Dəstək
İstifadəçilər aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər:
WhatsApp dəstək: +994 77 347 87 91
E-poçt: support@strokt.com
Komandamız 7/24 dəstək göstərir. Əlaqə zamanı 6 rəqəmli Müştəri Kodunuzu təqdim etməyiniz (məcburi deyil) bizə sizə daha operativ xidmət göstərməyə kömək edəcəkdir.
Panel Xidmətləri
Oyun Xidmətləri
Tətbiq lisenziyaları